KANAL24.AZ
Az Iw En Ru

Bakıda binada yanğın: 1 nəfər xəsarət aldı, 20 nəfər təxliyə olundu

Kanal24.az FHN-in saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.

Yanğın zamanı 1 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və yuxarı mərtəbələrdən 20 nəfər sakin yanğınsöndürənlər tətəfindən təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın saat 05:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


17:36 06.03.2015