KANAL24.AZ
Az Iw En Ru

Qızıl-zinət əşyaları oğurlayan qadının acı sonluğu

Bakıda 26 yaşlı qadın pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinir.

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Kanal24-ə verilən məlumata görə, 2014-cü il yanvarın 20-də 05 radələrində M.Ə.Rəsulzadə qəsəbəsində yaşayan Arzu Nəsirovanın evindən 700 manat, 500 ABŞ dollar və qızıl-zinət əşyaları oğurlanıb.

Binəqədi rayon Polis İdarəi 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Vəfa Saməddin qızı Zeynalova müəyyən olunaraq tutulub.


19:39 04.03.2015