KANAL24.AZ
Az Iw En Ru

Gənc alim və mütəxəssislərin birinci Beynəlxalq elmi konfransı keçirilir

Oktyabrın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) binasında “Fundamental və tətbiqi elmlərin aktual problemlərinin həllində multidissiplinar yanaşmanın rolu” mövzusunda gənc alim və mütəxəssislərin birinci Beynəlxalq elmi konfransı keçirilir.

Kanal24.az xəbər verir ki, Neftçilər Gününə və “Əsrin müqaviləsi”nin 20 illiyinə həsr olunan tədbir AMEA-nın və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birgə təşəbbüsü, akademiyanın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə reallaşdırılıb.
Konfrans çərçivəsində texnika, yer və kimya elmləri üzrə multidissiplinar xarakterli 10 elmi istiqamətdə çıxışlar dinləniləcək.
Tədbirdə 30-dan çox ölkədən nümayəndələr iştirak edirlər.


19:20 15.10.2014
Xəbər lenti
Bütün xəbərlər