KANAL24.AZ
Az Iw En Ru

“Bakı Marafonu 2017” ADMİU-nun qonağı olub

"Səda" Tədris Teatrında "Bakı Marafonu 2017"nin icraçıları və tərəfdaşları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri ilə görüşüb. Universitetdən bildirilib ki, tədbirdə iştirak qaydaları, qeydiyyat prosesi, yol xətti və mükafatlar haqqında iştirakçılara ətraflı məlumat verilib.

Marafon Heydər Əliyev Fondunun təşəbbüsü, Dənizkənarı Bulvar İdarəsinin və Bakı Olimpiya Stadionunun dəstəyi ilə həyata keçir. Əsas məqsəd idmanın inkişafına dəstək göstərmək və sağlam həyat tərzini təbliğ etməkdir.

"Bakı Marafonu 2017"də qaçış zamanı idman geyimlərinin seçilməsi qaydaları, hazırlıq mərhələsi və keçiriləcək təlimlər barəsində məsləhətlərini verən təşkilatçılar tələbələrin suallarını cavablandırıblar.

Xatırladaq ki, "Bakı Marafonu 2017" 30 aprel saat 10:00-da start götürəcək.(Olaylar.az)


17:30 02.04.2017
Xəbər lenti
Bütün xəbərlər