KANAL24.AZ
Az Iw En Ru

Millət vəkilindən beynəlxalq autizmdən əziyyət çəkən insanlara dəstək çağırışı

Millət vəkili Qənirə Paşayeva Milli Məclisin Səhiyyə Komitəsiniin iclasında autizmli xəstələrin problemlərini qaldırıb, bu sahədə təcili olaraq qanun və dövlət proqramının qəbul olunmasına, bu uşaqların təhsil, təlim və reabilitasiyası üçün xüsusi mərkəzin yaradılmasına çağırıb:"Bu gün autizmdən əziyyət çəkən bəzi uşaqlar və onları ailələri ilə görüşdük, Milli Məclisin onların üzləşdiyi problemlərin həlli istiqamətində addımlar atmasını xahiş edirdilər"- deyən millət vəkili Q.Paşayeva böyük əziyyətlə üzləşən bu ailələrə kömək etməliyik deyib.

Aprelin dünyada autizmli xəstələrdə bağlı ay elan olunduğunu deyən Qənirə Paşayeva övladları autizm sindromundan əziyyət çəkən ailələrin Milli Məclis və Hökumətdən bunu gözlədiyini deyib. Autizmlə bağlı məlumat verən Qənirə Paşayeva autizmli uşaqlar, insanlarla məşğul olan təşkilatların millət vəkillərinə müraciət göndərdiyini qeyd edərək, Parlamentin bu ailələrə dəstək istiqamətində addımlar atacağına inandığını deyib. Autizmli uşaqlara zamanında yardım göstərməklə onların həyatını, gələcəyini çox hallarda xilas etməyin mümkün olduğunu deyən Qənirə Paşayeva müalicələrin bahalı olması, bu sahədəki mütəxəssislərin azlığı, əhali arasında bu istiqamətdə maarifləndirilmənin zəifliyi ailələri xəstəliklə mübarizədə çətin vəziyyətdə qoyduğunu deyib. Ona görə də qanunvericilikdə bu məsələnin öz həllini tapması ilə bərabər autizmli uşaqların təhsil, təlim və reabilitasiyası üçün xüsusi mərkəzin yaradılmasına ciddi ehtiyac olduğunu deyb.


02:11 31.03.2017