KANAL24.AZ
Az Iw En Ru

Beynəlxalq Muğam Mərkəzində "Baku Brass" nəfəs alətləri ansamblının konserti keçiriləcək

Aprelin 25-də saat 19-da Beynəlxalq Muğam Mərkəzində "Baku Brass" nəfəs alətləri ansamblının konserti keçiriləcək.

Konsertdə ansamblın üzvləri əməkdar artist Sirus Məmmədov (truba), əməkdar artist Rövşən Quliyev (truba), əməkdar artist Andrey Sabayev (valtorna), əməkdar artist Əli Hacıyev (tuba), Kamal Tapdıqov (trombon), Ucal Məmmədxan (zərb alətləri), həmçinin solistlər Leyla İbrahimova (vokal), Vəli Budaqov (klarnet) və Yeganə Tapdıqova (arfa) çıxış edəcəklər. Gecədə Azərbaycan və xarici bəstəkarların əsərləsi səslənəcək.

 

Biletləri şəhərin kassalarında, Asan Xidmət mərkəzlərində və iticket.az saytında əldə etmək olar.


01:33 31.03.2017
Xəbər lenti
Bütün xəbərlər