KANAL24.AZ
Az Iw En Ru

Bakıda “Xocalıya ədalət” şüarı altında yürüş keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən Xocalı faciəsinin ildönümü münasibətilə “Xocalıya ədalət” şüarı altında gənclər təşkilatları üzvlərinin iştirakı ilə yürüş təşkil edilib.

Kanal24.az xəbər verir ki, 26 fevral 2015-ci il tarixində, saat 04.30-da Xocalı prospektində ucaldılmış “Xocalı” abidəsinin önündən başlayan yürüş dənizkənarı milli parkda bitib. Aksiya şamlarla işıq saçan fənərlərin səmaya buraxılması ilə yekunlaşıb.

Yürüşdə təxminən 3000-dən çox gənc iştirak edib. Aksiya Xocalı faciəsinin geniş dünya ictimaiyyətinə çatdırılması məqsədilə yerli və dünya kütləvi informasiya vasitələri, televiziya kanalları tərəfindən, həmçinin sosial şəbəkələrdə işıqlandırılıb.


20:19 26.02.2015