KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanda turizm sahəsinin inkişafında- TEMPUS layihəsi

Oktyabrın 14-də Azərbaycan Texniki Universitetində (AzTU) TEMPUS layihəsi çərçivəsində “Gürcüstan, Azərbaycan və Moldova turizm sənayesinin inkişaf etdirilməsi üçün otelçilik menecmenti ixtisasları üzrə peşəkar bakalavr-magistr hazırlığı” layihəsinin növbəti mərhələsinə başlanılıb.

     Universitetin mətbuat xidmətindən Kanal24.az-a bildiriblər ki, bu münasibətlə keçirilən tədbirdə TEMPUS layihəsinin əlaqələndiricisi, AzTU-nun kafedra müdiri, Əməkdar Elm Xadimi, professor Həsən Hüseynov turizm kadrları hazırlığının yeni mərhələsi barədə məlumat verib.
Layihədə Azərbaycan üzrə pilot qrupu təmsil edən 30 analitik iştirak edir.
Turizm sənayesi üçün kadr hazırlığı üzrə növbəti məşğələni layihənin əlaqələndiricisi, Rumıniyanın İoan Aleksandr Kuza Universitetinin professoru Kristina Teador Romano aparıb.
Seminarın məqsədi əmək bazarında otelçilik menecmenti ixtisaslarına olan tələbatı ödəmək və bunu təhsil prosesində nəzərə almaqdır. Bu məqsədlə 500 nəfər peşəkar mehmanxana işçisi arasında sorğu aparmaq, 50 nəfərdən şifahi müsahibə almaq, informasiya qaynaqlarındakı göstəricilərin araşdırılması əsasında bir bakalavr və iki magistr prioritet ixtisaslarını və onlara uyğun kompetensiyaları müəyyənləşdirib həyata keçirmək nəzərdə tutulur.
Layihədə Avropa İttifaqı, Fransanın Qrenobl Akademiyası, Portuqaliyanın Espino Ali Məktəbi, İspaniyanın Jiro Universiteti, Bolqarıstanın Aqrobiznes Universiteti iştirak edir.


06:02 15.10.2014
Xəbər lenti
Bütün xəbərlər