KANAL24.AZ
Az Iw En Ru

Avropanın dayandıra bilmədiyi Nazarov

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov Avropanın 1 nömrəsidi.

 Kanal 24.az  apasport.az-a istinadən xəbər verir ki, yarımmüdafiəçi DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında ən çox qayda pozuntusuna məruz qalan futbolçusudu.

Belə ki, rəqiblər Nazarovu dayandırmaq üçün 22 dəfə fol edib. Topla rəftarı ilə seçilən milliləşən legionerimizin qarşısını almaqda çətinlik çəkən rəqiblər qaydalar çərçivəsindən çıxmağa məcbur olublar.
 
Seçmə mərhələnin 5 turundan sonra Avropada yalnız iki oyunçu bu qədər çox - 22 fol qazanıb. Polşalı Robert Levandovski də Dmitri kimi intizamsızların qurbanı olub. Amma "Bavariya"lı 5 matçda 450, Nazarov isə 5 oyunda 368 dəqiqə meydanda yer alıb. Daha az müddətdə 22 dəfə rəqibləri qayda pozmağa vadar edən yarımmüdafiəçimiz polşalını üstələyir. Baxmayaraq ki, onun çıxış etdiyi "Aue" 2-ci Bundesliqanın aşağı pillələrindədi.
 
Maraqlıdı ki, dünyanın ən yaxşılarından olan Qaret Beyl 13, Kriştianu Ronaldo isə 11 dəfə qayda pozuntusu hesabına dayandırılıb.


21:27 28.03.2017