KANAL24.AZ
Az Iw En Ru

Polad Bülbüloğlu "Dağıstanın əməkdar incəsənət xadimi" fəxri adı ilə təltif olundu

Bu gün Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipov Azərbaycanın Rusiyadakı səfirliyində olub.

Səfirlikdən Kanal24-ə verilən məlumata görə, gəlişin məqsədi çoxillik yaradıcılıq fəaliyyəti və incəsənətin inkişafındakı xidmətlərinə görə səfir Polad Bülbüloğluna “Dağıstan Respublikasının əməkdar incəsənət xadimi” fəxri adı ilə təltif olunması haqqında sərəncamı təqdim etmək olub.

Dostluq ab-havasında keçən görüşdə P.Bülbüloğlu və R.Abdulatipov Azərbaycan-Dağıstan münasibətlərinin hazırkı səviyyəsindən razılıq ifadə edib və sözügedən münasibətlərin daha da inkişaf etdirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıblar.

R.Abdulatipov P.Bülbüloğlunu Dərbənd şəhərində birgə mədəniyyət tədbirlərinin keçirilməsi məqsədi ilə Dağıstana dəvət edib.


02:03 26.02.2015
Xəbər lenti
Bütün xəbərlər