KANAL24.AZ
Az Iw En Ru

Ruhani-Medvedyev görüşü

Moskvada Baş Nazirlik iqamətgahında İran Prezidenti Həsən Ruhani ilə Rusiyanın Baş naziri Dmitri Medvedyev arasında görüş baş tutub.

Görüş zamanı tərəflər iki ölkə arasındakı əlaqələrin inkişafından danışıblar. Rusiyanın Naş naziri Medvedyevin sözlərinə görə, bu görüş iki ölkə arasındakı əlaqələrin inkişafına yeni bir səhifə açacaq:

“Hazırda Rusiya ilə İran arasında müxtəlif sahələrdə əməkdaşlıq edilir. Görüş zamanı kommersiya, iqtisadi əlaqələr və qlobal mövzuları qiymətləndirəcəyik. Bu görüşün iki ölkə arasındakı əlaqələrin inkişafında yeni bir səhifə açacağına əminəm”.

Qeyd edək ki, Ruhani sabah Moskva səfəri çərçivəsində Rusiya Prezidenti Putin ilə görüşəcək.


21:22 28.03.2017