KANAL24.AZ
Az Iw En Ru

Bakıda 24-cü Beynəlxalq Xəzər Neft və Qaz sərgisi keçiriləcək

31 may - 3 iyun tarixlərində Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun energetika sektorunda ən böyük tədbir – 24-cü Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil&Gas 2017” sərgisi keçiriləcək.

Bu barədə Trend-ə ITECA-dan məlumat verilib.

Regionda neft-qaz sənayesinin əsas tədbiri və tanınmış beynəlxalq platforma olan Xəzər Neft və Qaz “Caspian Oil& Gas” sərgisi hər il Xəzəryanı regionun əsas neft-qaz layihələrinin müzakirəsi və enerji təhlükəsizliyinin təmin olunması məqsədi ilə ən yüksək səviyyəli rəhbər işçiləri öz meydançasında bir araya gətirir.


19:16 28.03.2017
Xəbər lenti
Bütün xəbərlər