KANAL24.AZ
Az Iw En Ru

Qəzada yaralanan tələbələrdən XƏBƏR VAR

Martın 9-da Bakı-Sumqayıt yolunda baş verən qəzada yaralanan tələblərin hamısı evə buraxılıb. 

Kanal 24.az xəbər verir ki, bu barədə azvision.az-a Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanası və Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzdəki tələblərin hamısı vəziyyətləri yaxşılaşdığı üçün evə buraxılıblar.

Qeyd edək ki, martın 9-da səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Yüksək sürətlə hərəkət edən "Ford-Tranzit" markalı sərnişin mikroavtobusu əvvəlcə yük maşını ilə toqquşub, sonra dəmir manelərə dəyib. Qəza zamanı mikroavtobusda 28 tələbə olub. Onlardan 6-ı dünyasını dəyişib.dünyasını dəyişib, 20 nəfər isə yaralanmışdı.


19:04 28.03.2017
Xəbər lenti
Bütün xəbərlər