KANAL24.AZ
Az Iw En Ru

Ərəblərin azərbaycanlı qızların başına gətirdikləri oyunlar-Dəhşətdi

"İnsan alveri qurbanları əvvəllər daha çox Dubaya aparılırdı. İndi Rusiyaya aparılır”.
 
BakiPost.az xəbər verir ki, bu sözləri Sputnik Azərbaycana müsahibəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin direktoru Nəzakət Balabəyova məlumat verib.
 
Onun sözlərinə görə, insanlar ölkədən çıxıb başqa yerlərə üz tututlar, lakin başlarına nə gələcəyini bilmirlər: "Potensial qurbanlar arasında isə İspaniya, İtaliya, Skandinaviya ölkələri, Ukrayna və başqa ölkələrə aparılanların sayı artıb. Yəni insanlar yol tapıb gedir, amma başlarına nə gələcəklərini düşünmürlər. Elə bilirlər, xarici ölkələrdə həyat daha rahatdır. Başqa bir hadisə danışım sizə. İki qız vardı. Onlar Dubaya hansı məqsədlə getdiklərini yaxşı bilirdilər. Qızlar Dubaya getdikdən sonra fahişəliyə başlayırlar. Bir gün ərəblər də bunların xidmətindən itifadə etmək istəyib. 5-6 ərəb bu iki qızı götürüb aparıblar səhraya. Bilirsiniz də, səhrada günortalar qızmar isti, axşamlar isə çox soyuq olur. Və ərəblər saatlarla qızları beysbol ağacı ilə zorlayıblar. İşlərini bitirəndən sonra qızları lüt soyundurub, buraxıblar səhraya. Azərbaycana qayıdanda qızın birinin daxili qadınlıq üzvləri hamısı çıxarıldı - sıradan çıxmışdı. Digər qız isə ağır ruhi sarsıntı keçirib, hələ də özünə gələ bilmir”.

17:23 28.03.2017