KANAL24.AZ
Az Iw En Ru

999 əyarlı qızıldan Quran səhifələri nümayiş etdirildi

3-cü İslam xəlifəsinin əli ilə yazılmış Quranın qızıl və gümüşdən hazırlanmış nüsxəsinin dünyada analoqu yoxdur
Qırğızıstanın paytaxtı Bişkekdə  qırğız rəssamların əsərlərinin “Əbədi sərvətlərin sərgisi” adı altında keçirilən təqdimatı zamanı qızıldan hazırlanmış Quranın səhifələri də nümayiş olunub. 
 
Allah Kitabının səhifələrini 2010-cu ildə ən yüksək keyfiyyətli - 999 əyarlı qızıl və gümüşdən Moskva zərgərlik zavodunun ustaları hazırlayıb. Bişkekə həmin Quranın cəmi 4 səhifəsi gətirilib. Sözsüz ki, bu əsər sərginin incisinə çevrilib. 
 
Moskvadakı “Qızıl Quran” – Müqəddəs Kitabın VII əsrdə 3-cü  İslam xəlifəsi Osman ibn Əffanın əli ilə yazılmış nüsxəsinin surətidir. Mütəxəssislər qeyd edir ki,  bütün bəşəriyyət üçün misilsiz mədəni-mənəvi dəyər təşkil edən bu əmanət-təbərrükün dünyada analoqu yoxdur.
 
 
 
 
P.S. Peyğəmbərimizin(s) hədislərində buyurulur ki, Quran və məscidlərin hədsiz bəzədilməsi Qiyamət əlamətidir... 

 


17:18 28.03.2017