KANAL24.AZ
Az Iw En Ru

Bu yol 3 gün bağlı olacaq

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibliyindən Kanal24-ə verilən məlumata görə, fevralın 24-ü gecə saat 23-dən etibarən Dilarə Əliyeva küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsindən “Azərbaycan Dəmir Yolları” QSC-nin qarşısınadək olan hissəsində avtomobillərin hərəkəti dayandırılacaq.

ASC alternativ variant kimi 28 May, Nizami, Rixard Zorge, Puşkin küçələrindən istifadə etməyi məsləhət görür. Asfalt-beton örtüyünün döşənməsi, kommunikasiya quyularının dəyişdirilməsi ilə əlaqədar 3 gün müddətinə həmin hissə bağlı olacaq.

Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.


03:04 25.02.2015