KANAL24.AZ
Az Iw En Ru

“Neft Daşları” yatağında yeni quyu qazılır

Neft Daşları” yatağındakı 1637A nömrəli estakadayanı meydançadan 2651 nömrəli quyuda qazma işləri davam etdirilir.

SOCAR-ın saytına istinadən xəbər veririk  ki, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1460 metrdir. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft və 1000 kubmetr qaz hasil olunacağı nəzərdə tutulur.


20:05 27.03.2017