KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan Almaniyanın reytinqinə zərbə vurdu - Rusiya KİV

Azərbaycan yığmasının hücumçusu Dmitri Nazarov DÇ-2018-in seçmə mərhələsində Almaniya millisinin qapısından buraxdığı yeganə qolun müəllifi olub.

Bunu Rusiyanın “Layf Sport” saytı yazıb.

“Nazarov 31-ci dəqiqədə Bernd Lenonun qoruduğu qapıdan top keçirərək almanları məyus etdi və hesabı 1:1 etdi. Almaniya millisi Avro-2016-dan bəri ilk dəfə qapısında qol gördü. Bundestimin “quru” seriyası 11 saat çəkdi”, - sayt yazıb.

Sayt Nazarovun Almaniyanın “Karlsrue” klubundakı oyununa diqqət çəkib və bildirib ki, futbolçu almanları daha yaxşı tanıyır.

Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələsində baş tutan Azərbaycan-Almaniya görüşündə qonaqlar 1-4 hesabı ilə qalib gəlib.

 


15:40 27.03.2017