KANAL24.AZ
Az Iw En Ru

SOCAR-dan xəbərdarlıq- Fırıldaqçılara aldanmayın...

SOCAR-a işə qəbulla bağlı işbazlar tərəfindən aldadılan onlarla şəxs hüquq-mühafizə orqanlarına müraciət edib. 

SOCAR-in Baş Ofisinin İnsan Resursları Departamentindən AzərTAc-a daxil olan məlumatda bildirilir ki, hazırda təqribən 12-15 müraciət hüquq-mühafizə orqanlarında araşdırılır və bəziləri barədə artıq tədbirlər də görülüb.

Şirkətin korporativ veb səhifəsində https://careers.socar.az//VacancyInfo.aspx?type=1“ARDNŞ-yə işə qəbul ilə əlaqədar dələduzluğa qarşı xəbərdarlıq linkinin yerləşdirilməsinə baxmayaraq, bu kimi hallar hələ də davam etməkdədir.

Fırıldaqçılar bəzi insanların sadəlövhlüyündən istifadə edərək, onlardan müəyyən maliyyə vəsaiti alaraq SOCAR-da işə düzəldəcəkləri barədə söz verirlər. Əgər bu şəxslərdən kimlərsə öz biliklərinə görə müsabiqədən keçib işə qəbul edilirlərsə, fırıldaqçılar bunu öz “xidmətləri” kimi təqdim edir, keçməyənlərin isə ya pulunu qaytarır, ya da müəyyən bəhanələrlə vaxtı uzadırlar ki, bu da vətəndaşların hüquq – mühafizə orqanlarına şikayət etmələrinə səbəb olur.

Bir daha bildirilir ki, keçirilən müsabiqələrdə kənar təsirlər və neqativ hallar qeyri mümkündür, çünki proses müvafiq komissiyalar tərəfindən tam obyektiv, şəffaf, çoxpilləli nəzarət və videoçəkilişlə həyata keçirilir.

Hər kəs bilməlidir ki, baş vermiş və yaxud baş verə biləcək qayda və yaxud qanun pozuntularının qarşısının alınması və ya təhqiqatının aparılıb aşkar edilməsini yalnız hüquq-mühafizə orqanları həyata keçirə bilərlər. Ona görə də belə dəllallara aldanılan şəxslər yalnız hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər.


23:55 24.02.2015
Xəbər lenti
Bütün xəbərlər