KANAL24.AZ
Az Iw En Ru

Millimiz almanların seriyasına son qoydu

Almaniya milli komandasının 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində quru oyunlar seriyasına son qoyulub.

Bu, Bakıda Azərbaycan yığması ilə oyunda baş verib.

31-ci dəqiqədə millimizin üzvü, Almaniyanın II Bundesliqasının "Aue" klubunda çıxış edən Dmitri Nazarov Bundestimin qapısına yol taparaq, hesabı bərabərləşdirib - 1:1.

Qeyd edək ki, Almaniya millisi bu oyunadək 648 dəqiqə idi qapısında qol görmürdü. Nazarovun qolu Bundestimi 679-cu dəqiqədə haqlayıb.

 

 


04:29 27.03.2017