KANAL24.AZ
Az Iw En Ru

63 il öncə şəhid olmuş müsəlmanların çürüməmiş cəsədləri tapıldı- VİDEO

Sosial şəbəkələrdə 63 il öncə şəhid olmuş müsəlman əsgərlərin cəsədləri nümayiş etdirilməkdədir. Təzadlısı ondadır ki, cəsədlərin heç biri çürüməyib. 
 
Xarici mediaya istinadla xəbər veririk ki, qəribə olay Əlcəzairdə baş verib. 
 
Ölkənin Ümmül-Bavki rayonunun dağlıq ərazisindəki mağaralardan birində 1954-cü ildə işğalçı Fransa ordusu ilə savaşlarda şəhid olmuş müsəlman döyüşçülərin cəsədləri tapılıb. İlkin araşdırmalara görə, mühasirəyə düşmüş mücahidlər zəhərli qaz vasitəsilə şəhid ediliblər. 
 
Video-görüntülərdən də aydın olur ki, şəhid cəsədləri çürüməyə məruz qalmayıb. Bundan əlavə, onların daşınmasında iştirak edənlər  şəhid hərbçilərin meyitlərindən müşk-ənbər qoxusu gəldiyini də bildiriblər.
 
Allah İslam dünyasının cəmi şəhidlərinə rəhmət eləsin!


03:55 27.03.2017