KANAL24.AZ
Az Iw En Ru

DÇ-2018: Azərbaycan - Almaniya 1:3

Bu gün futbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Almaniya yığması ilə qarşılaşacaq.

Maraqla gözlənilən oyun Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da başlayacaq.

Azərbaycan seçməsinin start heyəti bəlli olub.

Qapıçı: Kamran Ağayev

Müdafiəçilər: Məhəmməd Mirzəbəyov, Rəşad Sadıqov, Bədavi Hüseynov, Pavel Paşayev

Yarımmüdafiəçilər: Qara Qarayev, Rahid Əmirquliyev, Cavid Hüseynov, Əfran İsmayılov, Dmitri Nazarov

Hücumçu: Ramil Şeydayev

Bugünkü görüş Azərbaycan və Almaniya milli komandalarının 5-ci dueli olacaq. 2010-cu il dünya və 2012-ci il Avropa çempionatlarının seçmə mərhələləri çərçivəsində baş tutan matçlarda almanlar üstün tərəf olublar. Həmin dönəmdə Berti Foqtsun baş məşqçisi olduğu Azərbaycan yığması rəqibə müvafiq olaraq, səfərdə 0:4 və 1:6, evdə isə 0:2 və 1:3 hesabı ilə uduzub.

2012-ci il Avropa çempionatının seçmə mərhələsində Almaniya yığması ilə səfər oyununda Vaqif Cavadov, Bakıdakı matçda isə Murad Hüseynov fərqləniblər. Lakin sözügedən hücumçular artıq Azərbaycan milli komandasına dəvət almırlar.

DÇ-2018-in seçmə mərhələsi
C qrupu

26 mart

Azərbaycan - Almaniya 1:3

Nazarov, 31 - Şürrle, 19. Müller, 36. Qomes, 45.
Hakimlər: Daniele Orsato, Mauro Tonolini, Rikkardo di Fiore, Marko Quida (hamısı İtaliya)
Komissar: Adrian İksari (Moldova)
Hakim-inspektor: Aleksey Spirin (Rusiya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Azərbaycan: 1. Kamran Ağayev (q), 2. Qara Qarayev, 3. Məhəmməd Mirzəbəyov, 4. Pavel Paşayev, 6. Bədavi Hüseynov, 13. Dmitri Nazarov, 14. Rəşad Sadıqov (k), 16. Cavid Hüseynov, 19. Rahid Əmirquliyev, 20. Ramil Şeydayev, 22. Əfran İsmayılov.

Ehtiyat oyunçular: 12. Anar Nəzirov (q), 23. Aqil Məmmədov (q), 5. Maksim Medvedev, 7. Araz Abdullayev, 8. Eddi İsrafilov, 9. Elvin Məmmədov, 10. Ruslan Qurbanov, 11. Dəniz Yılmaz, 15. Emin Mahmudov, 17. Ürfan Abbasov, 18. Ağabala Ramazanov, 21. Tərlan Quliyev.

Baş məşqçi: Robert Prosineçki.

Almaniya: 12. Bernd Leno (q), 3. Conas Hektor, 4. Benedikt Hövedes, 5. Mats Hummels, 6. Sami Xedira (k), 7. Yulian Draksler, 8. Toni Kroos, 9. Andre Şürrle, 13. Tomas Müller, 18. Coşua Kimmix, 23. Mario Qomes.

Ehtiyat oyunçular: 1. Kevin Trapp (q), 22. Mark-Andre ter Ştegen (q), 2. Şkodran Mustafi, 10. Məsut Özil, 14. Emre Can, 16. Antonio Rüdiqer, 17. Niklas Süle, 19. Leroy Sane, 20. Yulian Brandt, 21. Sebastian Rudi.

Baş məşqçi: Yoahim Löv.

 


03:44 27.03.2017