Rusiya təkcə Litva və region üçün deyil, eləcə də bütün Avropa üçün təhdiddir.
Bunu Litva Prezidenti Dalya Qribauskayte “Foreign Policy” jurnalına verdiyi müsahibəsində deyib.
“Biz Rusiyanın Kalininqradda – bizim sərhədlərimizin yanında özünü necə aparmasını görürük. Ora Avropanın paytaxtlarına çata biləcək nüvə başlıqlı raketlər yerləşdirilib. Bu, təkcə Baltik ölkərənin işi deyil”, - prezident bildirib.
Qribauskaytenin sözlərinə görə, ölkə ABŞ-dan Baltik regionuna hərbi qüvvələrin yeridilməsini istəyir.
“Hazırda ABŞ hərbçiləri Almaniya və Şərqi Avropaya yerləşdirilib, amma ən böyük təhlükə Polşa və Baltik ölkələri üçün yaranıb. Məhz buna görə biz ABŞ-dan öz hərbi qüvvələrini regiona yerləşdirməyini istəyirik. Bizə Hava Hücumundan Müdafiə Qüvvələri lazımdır. Bu olmadan ərazini müdafiə etmək mümkün deyil”.