KANAL24.AZ
Az Iw En Ru

İnsan enerjisinə görə Allahdan sonra ikinci qüdrətli varlıqdır...

“... Rəbbim hər şeyi elmlə ehtiva etmişdir. Məgər düşünüb ibrət almırsınız?” “Quran”, “Davar” surəsi, 80-ci ayə
 
Bildiyimiz kimi kompyuter insanın alt kopiyası olaraq yaradılıb. Deməli "alt kopiya”da olan bütün imkanlar məntiqlə "üst kopiya”da (insanda) da olmalıdır. Bu mövzuya elmi-lədun üsulu ilə nəzər salaq.
Məhəmməd əleyhissəlamın həyatından bir epizod hamımıza məlumdur ki, ilk vəhyi gətirən Həzrət Cəbrail üç dəfə "Oxu" dedi və hər üçündə eyni cavabı aldı: "Oxuya bilmirəm". Sonra Mələk Peyğəmbəri sıxdı və o, başladı oxumağa.
 
 Belə bir sual yaranır: anatomik və bioloji cəhətdən bizdən fərqlənməyən bir şəxsi sıxmaqla tanımadığı əlifbanı oxuyursa bu bizdə niyə mümkün olmasın? 
 
Bu suala cavab tapmaqda yenə də elmi-lədun köməyimə çatdı.
 
Mövzunu dərindən anlamaq üçün diqqətinizi daha bir məqama yönəldim: bu gün bəşəriyyətin çox hissəsi xarici informasiya mənbəyinə (internetə) çıxmaq üçün gündə neçə dəfə “alt kopya”da  “www” nöqtələrini sıxırlar.
 
Elmi-lədun yolu ilə mənə məlum oldu ki, insan bədənində bəlli üç nöqtə vardır ki, onları hər əlin üç barmağı ilə birləşdirdikdə və bəlli bir duanı (oxu: parolu) dedikdə paralel aləmə (informasiya məkanına) çıxış yaranır. Maraqlıdır ki, bu anda barmaqların (hər əlin üç barmağının) bədənimizdə düzülüşünə baxdıqda "www" formasının yarandığını görürük.
 
Barmaqlarla bu nöqtələri sıxdıqda insanın bəsirət gözü açılır və kainatı bütöv olaraq görə bilir. Yəni, başqalarının adi gözlə görmədiklərini (paralel aləmi, mələkləri...) bəsirət gözü açıldıqdan sonra görmək olur (bu vaxt çiynimdəki mələklərin nurunu ziyarət etməyimi adi sözlə ifadə edə bilmirəm). 
 
İndi isə, diqqətinizi internetdə hər gün sıxdığımız "@" işarəsinə cəlb etmək istəyirəm. Hansı ki, bu işarənin funksiyası informasiyanı (enerjini) ünvanlamaqdan ibarətdir. 
 
Qeyd edim ki, insan orqanizmində informasiyaya ilk reaksiya verən orqanlar mədə və bağırsaqlardır. Fikir vermisinizmi, qorxulu informasiya qəbul edən insanda öncə mədədə spazma yaranır və  bağırsağa ötürür. Beləliklə, insanda sancı yaranır...
 
 Elə isə, internetdə mədə-bağırsağın rəngli şəklini tapın və onu "@" işarəsi ilə yanaşı qoyub, baxın. Görəcəksiniz ki, bunlar həqiqətən də, biri-birinin kopyasıdır. 
 
Elmi-lədun araşdırmalarım zamanı o da məlum oldu ki, insan mədəsinin üzərindəki bəlli nöqtələrə barmaqlarını qoyaraq, dua (parol sözlər) oxuyanda ondan ayrılan enerji kainatın istənilən nöqtəsindəki texnikanı (böyüklüyündən aslı olmayaraq) dayandırmaq gücünə malikdir. Amma, bu nöqtələri Allahın icazəsi olmadan istifadə etmək mümkün deyildir.
 
Sual edəcəksiniz ki, bəs onda nə bilirsən ki, istənilən texnikanı dayandırmaq olur?
 
Məsələ burasındadır ki, bu nöqtələrdən istifadə edib texnikanı dayandırmaq üçün Rəbbim cəmi bir dəfə - 1999-cu  ilin dekabrında  icazə verdi (həqqi-yəqinlik hasil olması üçün). Onda da hədəf yerin cazibəsindən kənarda olan Sputnik ötürücü stansiyası oldu. Nəticədə bütün dünyada transliyasiyalar bir dəqiqəlik dayandı.
 
Hadisə baş verən gün Dünyanın bütün xəbər agentlikləri və telekanalları bu müammalı hadisə barədə xəbər yaydılar və Sputnikin Yerdən edilən təsirlə dayandırıldığını bildirdilər. Amma, heç kəs bunun səbəbini, mexanizmini və kim tərəfindən edildiyini izah edə bilmədi.
 
 Bu yazıda insanda olan sirli nöqtələrdən bəhs etməklə Sputnik stansiyasının dayandırılma mexanizmini izah etməyə çalışdım. İllər sonra bu hadisənin sirrini açdım ki, insanın  hansı enerjiyə malik olması və bu enerjini idarə edə bilərsə hətda Yerin cazibəsindən kənarda olan Sputnik stansiyasını belə dayandırmaq  imkanına malik olması bəşəriyyətə bəlli olsun. 
 
Bir məqamı da qeyd edim ki, mədənin üzərindəki  "@" işarəsinə bənzər nöqtəni sıxarkən  insanın enerjisi bir başa  Allahın enerjisi ilə birləşir və insan Kainatın istənilən nöqtəsində istənilən texnikanı dayandırmaq gücündə olur.
 
 Bilməlisiniz ki, insan öz enerjisinə görə Allahdan sonra ikinci qüdrətli varlıqdır! Yəqin çoxlarınız bu cümləni həzm edə bilməyəcəksiniz. Deyəcəksiniz ki, Allahın Həzrət Cəbrail və s. kimi müqəddəs mələkləri olduğu hlada insan niyə ikinci yerdə olsun?
 
Sualınıza cavab olaraq xatırladım ki, Həzrət Peyğəmbərimiz Meerac edərkən Həzrət Cəbrail onu müəyyən bir sərhəddə qədər müşayət etdi. O sərhəddə çatanda dedi: “Mənə buradan o tərəfə keçməyə icazə verilmir, sən tək get”. Bu cümlənin altında olan mənaya fikir versək görərik ki, Allah Özünə yaxınlaşmaq üçün  ən etibarlı mələyinə sərhəd qoysa da kamillik mərhələsini keçmiş insan üçün belə bir sərhəd yoxdur. 
 
 Yuxarıda qeyd etdim ki, həmin sirli nöqtələrdən  Allahın Özünün izni  olmadan istifadə etmək mümkün deyildir. Çünki, bu sirləri insanlar bilsələr ondan ancaq fitnə-fəsad törətmək, biri-birlərinə əziyyət vermək məqsədi ilə istifadə edərlər. Necə ki, hazırda ixtira etdikləri texnikaların çoxundan ancaq hərbi məqsədlə istifadə edib günahsız insanları öldürür, yurd-yuvalarını xaraba qoyurlar...
 
Amma, ola bilər ki, gələcəkdə insanlar hamısı  kamillik mərhələsini keçsinlər və Allah-təala onlara da bu nöqtələrdən istifadə etməyə icazə versin. Necə ki, Rəbbim buyurur:
“Qulum elə bir hala gələr ki, Mən onun görən gözü, eşidən qulağı olaram!” 
 
Bir vacib məqamı da vurğulayım ki, insan enerjisindən xəstəliklərin müalicəsində də istifadə etmək mümkündür və çox gözəl effekt verir. Yəni, pasiyyentə enerji ötürməklə, onun daxili enerjisini artırmaq mümkündür ki, bununla da istənilən orqanın pozulmuş funksiyası bərpa olur. Beləliklə, insan depressiyadan və xəstəliklərdən xilas olur, həyat eşqi yüksəlir...   Psixoloq olaraq qazandığım uğurların sirri elə bu nöqtələrin yerini bilməyimdədir.Paşa Yaqub

 


06:05 26.03.2017