KANAL24.AZ
Az Iw En Ru

Yuxuda ölməməsi üçün körpə necə yatırılmalı? - Amerikanlar açıqladı

 
Amerikalı pediatrlar körpələrin yuxuda ölümlərinin qarşısının alınması üçün valideynləri ilə eyni otaqda, bərk, sürüşməyən yatacaq üzərində yatırılmasının vacibliyini bildirirlər.
 
Xarici mediaya istinadla bildiririk ki, 60 minə yaxın pediatrın üzv olduğu ABŞ Pediatrlar Akademiyası (AAP), 1992-ci ilində körpə ölümlərinin önlənməsi üçün onların üz üstə yatırılmamasını tövsiyə etmişdi.
 
Akademiyanın yaydığı yeni hesabatda isə körpələri yan yatırmanın da etibarlı olmadığı bildirilir. Tövsiyə olunur ki, körpələr daha çox arxası üstə yatırılsınlar. 
 
Hesabatda yataq içərisində əlavə heç bir yataq dəstinin, yuşmaq əşyanın, yastıqların olmaması tövsiyə edilir. 
 
Son illərdə yuxuda körpə ölümlərinin artması sözügedən akademiyanı valideynlər və uşaq baxıcıları üçün xüsusi təlimat hazırlamağa sövq edib. 
 
Bir yaşa qədər olan körpələr üçün hazırlanan tövsiyələr  arasında hamilə qadınların siqaretdən uzaq olması xüsusi vurğulanır. 

01:09 26.03.2017