KANAL24.AZ
Az Iw En Ru

Xaçmazda ev yandı, xəsarət alan var

Xaçmaz rayonunda yaşayış evində yanğın olub.

Kanal 24.az  Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Əhmədoba kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 252 m² olan ikimərtəbəli 5 otaq və aynabənddən ibarət evin 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 m² sahədə yanıb.

 

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


20:25 25.03.2017