KANAL24.AZ
Az Iw En Ru

"Azərbaycanın 5-6 futbolçusu Bundesliqada oynayacaq səviyyədədir"

Kanal 24.az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqts deyib.

Milli komandamız DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah Almaniya yığmasını qəbul edəcək. Oyunu yayımlayacaq Almaniya televiziyasında ekspert qismində çıxış edəcək Berti Foqts da hazırda ölkəmizdədi. O, ölkəsinin mətbuatına açıqlamasında Bundestimi asan oyun gözləmədiyini bildirib.
 
Foqts hətta yığmamızın heyətində böyük futbol ölkələrində legioner həyatı yaşamağa qadir oyunçuların olduğunu söyləyib: "Azərbaycan millisinin 5-6 futbolçusu Bundesliqa və ya Premyer Liqada oynaya biləcək səviyyədədi. Ancaq təcrübəmə əsasən deyə bilərəm ki, onlar öz ölkələrində çox rahat həyat yaşadıqları və çox pul qazandıqları üçün xaricə çıxmırlar".
 
Qeyd edək ki, Berti Foqts 2008-2014-cü illərdə Azərbaycan millisini çalışdırıb.


19:52 25.03.2017