KANAL24.AZ
Az Iw En Ru

Dünyanın ən sürətli polis avtomobili seçildi - FOTO

Almaniyanın Volkswagen avtokonserninə məxsus Bugatti Automobiles S.A.S. (Fransa) şirkətinin istehsalı olan Bugatti Veyron hazırda dünyanın ən sürətli polis avtomobilidir.

Kanal 24.az  ABC-yə istinadən bildirir ki, bu avtomobil Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinin polis xidmətinin istifadəsindədir.

Dubay polisinin Bugatti Veyron avtmoobili 407 km/saat sürətə malikdir.

Dubayda polisinin ikinci ən sürətli avtomobili isə Lamborghini Gallardo LP560-4-dür.

 

Ümumiyyətlə, Dubay polisi 14 xüsusi süperlüks avtomobilə malikdir ki, onların arasında eksklüziv seriyalı Aston Martin One-77, Lamborghini Aventador və Ferrari FF də var.

BƏƏ-nin hakimiyyət dairələri Dubay polisinin imcini yüksəltmək üçün 2013-cü ildə bu avtomobilləri asayiş keşikçilərinə verib.


19:44 25.03.2017
Xəbər lenti
Bütün xəbərlər