KANAL24.AZ
Az Iw En Ru

Sosial şəbəkədə canlı yayım aparan qız FACİƏYƏ səbəb oldu: özü öldü, 6 nəfər yaralandı - VİDEO

Yol nəqliyyat hadisəsi Tatarıstanın (Rusiya) Kazan şəhəri ətrafındakı yolda baş verib. Qız sükan arxasında sosial şəbəkələrdən birində videoyayım aparıb. Telefon avtomobil panelinə bərkidilib. Sürücü internet-istifadəçilərlə salamlaşıb, işlərin necə olduğunu soruşub və nə isə ifa edib. Bundan sonra zərbə, qışqırıq səsi eşidilir və yayım kəsilir.

İdarəetmə ilə bacarmayan qız böyük sürətlə qarşı zolaqla hərəkət edən avtobusa çırpılıb.
 
Tatarıstan Respublikası Səhiyyə Nazirliyinin məlumatına əsasən, avtobusdakı beş sərnişin, o cümlədən 7 yaşlı uşaq müxtəlif dərəcəli travma alıb.

 

 


05:40 25.03.2017
Xəbər lenti
Bütün xəbərlər