KANAL24.AZ
Az Iw En Ru

Bəşəriyyətin yeni bəlası- Hər gün istifadə etdiyimiz qida

Ümumdünya Sağlamlıq Forumu dünyada ən çox xəstəliyə səbəb olan təamların- qida, ədviyyat, sous və s.- siyahısını hazırlayıb.
 
Siyahıya əsasən, qarşıdakı illərdə insanlar üçün xəstəliyə ən çox səbəb olacaq maddə kimi duz göstərilir. Hər gün istifadə etdiyimiz xörək duzunun birdəfəlik kəsilməsi təbii ki, mümkün deyil. Bu, ağız dadını məhv etməklə yanaşı, sümüklərdə boşalma, dişlərdə isə çürümə prosesinə səbəb ola bilər. Lakin lazımında artıq istifadə isə daha pis xəstəliklərə yol açır. Forumun araşdırmalarına görə, duzun ifrat istifadəsi ən çox ürək-damar sistemini məhv edir. Daha sonra isə qan dövranının zəifləməsinə səbəb olur. 
Böyrəklədə duzlaşma və daşın əmələ gəlməsinin əsas səbəblərindən biri də duzdan çox istifadə etməkdir. 
 
Ümumilikdə, dünyada narkotikaya ağ ölüm deyilir. Həmçinin, səhiyyədə 3 ağ – duz, şəkər və un isə “ağ zəhər” kimi göstərilir

05:11 25.03.2017
Xəbər lenti
Bütün xəbərlər