KANAL24.AZ
Az Iw En Ru

Avropa Birliyi üçün dağılma planı: Narahatlıq yaradıb

Avropa Komissiyasının sədri Jean-Claude Juncker, İngiltərənin Avropa Birliyindən (AB) çıxmasına münasibət bildirərək “düşməncə” bir rəftar içində olmadığını söyləyib.

İngiltərənin çıxışı mənasını verən Brexitə də istinad olan Juncker, Nexit (Niderland), Oexit (Avstriya), Dexit (Danimarka) və Frexit (Fransa) kimi bir başqa qopmanın birlik dağılması mənasını gələcəyini ifadə edib.

Xarici mediaya istinadən xəbər veririk ki, Juncker İngiltərənin Birlikdən ayrılması mənasını verən Brexiti “müvəffəqiyyətsizlik və faciə” olaraq təyin etsə də, İngiltərəyə yönəlik düşməncə bir tutum içində olmadığın deyib:

“İngiltərə Avropanın bir parçası , istəyirəm ki, qarşıdakı illər ərzində İngiltərə ilə dostca bir əlaqəmiz olsun”.

Gənc işsizliyin yüksəkliyi, sağçıların həddindən artıq güc qazanması və ayrılıq çağırışların artması haqqında AB-nin yaxşı halda olmadığını qəbul edən siyasətçi, Birlik fikiriyyatının hələ gənc olduğunu, AB-nin sabitlik və sülh mənasını gəlməyə davam edəcəyini vurğulayıb. Juncker üçün digər 27 ölkənin Birlikdə qalması isə çox əhəmiyyətli.

Qeyd edək ki, AB-nin 60-cı il dönümü şənbə günü İtalyanın paytaxtı Romada Avropalı liderlərin iştirakı ilə reallaşacaq.

Ancaq tədbirə İngiltərə Baş naziri Theresa May qatılmayacaq. Juncker isə Mayın yoxluğunun hiss ediləcəyin söyləyib. O, Brexit balans hesabatı təqdim edilməsini İngiltərənin boynuna götürməsinin vacibliyini ifadə edərək, "sanki heç bir zaman üzv olmamış kimi davrana bilməzsiz" dedi.

Komissiyanın boşanma əvəzi olaraq 50 milyard sterlinqlik bir faktura çıxardıldığı önə sürülərkən Juncker hesablamaların elmi şəkildə ediləcəyini vurğuladı.

İngiltərənin boynuna götürməsi lazım olan məbləğlə əlaqədar olaraq isə bunun bir cəza ya da sanksiya olmadığını bildirdi.


04:35 25.03.2017
Xəbər lenti
Bütün xəbərlər