KANAL24.AZ
Az Iw En Ru

“Əraziləri qaytarıb hakimiyyətə gəlmək istəyir” – Ermənistan müxalifətinin Qarabağ PLANI

“Levon Ter-Petrosyan ərazilərin qaytarılması, Qarabağ münaqişəsinin həlli məsələsini gündəmə gətirərək, hakimiyyətə gəlmək istəyir”.

Bu barədə erməni politoloq Aleksandr İskəndəryan deyib.

Onun sözlərinə görə, Ermənistanda müharibənin olmamasını, münaqişəsinin həllini istəyən təbəqələr var:

“Petrosyan da həmin təbəqənin dəstəyini əldə etmək üçün ərazilərin qaytarılması ideyasını irəli sürür. Hansı ki, bu ideya 1990-cı illərin sonlarında onun tərəfindən irəli sürülmüşdü. İndi görünür, cəmiyyətdə bu ideyanı dəstəkləyənlərin sayı çoxalıb. Petrosyan da bu ideya üzərindən çıxış edərək, hakimiyyətə gəlməyi planlaşdırır”.


04:21 25.03.2017
Xəbər lenti
Bütün xəbərlər