KANAL24.AZ
Az Iw En Ru

Türkiyədən Bolqarıstana sərhəd xəbərdarlığı

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bolqarıstanlı həmkarı Radi Naydenov ilə telefon danışığı aparıb.

Danışıqlar zamanı iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi məsələsi müzakirə olunub.

Çavuşoğlu Türkiyədən Bolqarıstana gedən avtobusların sərhəddə maneə ilə üzləşməsi mövzusunu gündəmə gətirərək, problemin aradan qaldırılmalı olduğunu deyib.

Qeyd edək ki, bir qrup bolqar millətçisi yolları bağlayaraq türk seçicilərinin onların ölkəsində səs vermək istəklərinə etiraz ediblər. Aksiyanı işiqlandırmaq məqsədilə Bolqarıstana gələn jurnalistlərin ölkəyə girişinə icazə verilməyib.


04:16 25.03.2017
Xəbər lenti
Bütün xəbərlər