KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan və Aİ insan hüquqları sahəsində əməkdaşlığı müzakirə edəcəklər

Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi Stavros Lambiridisin Bakıya səfəri zamanı Azərbaycan və Aİ arasında insan hüquqları sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə ediləcək. Bu barədə Trendə Aİ-nin Bakıdakı nümayəndəliyindən məlumat verilib.

Səfər fevralın 23-dən 26-dək davam edəcək. Səfər çərçivəsində xüsusi nümayəndə Azərbaycanın yüksəkvəzifəli şəxsləri ilə bir sıra görüşlər keçirəcək.

Qeyd edək ki, S.Lambiridis bu vəzifəyə 2012-ci il sentyabrın 1-də təyin olunub. Onun əsas işi Aİ-nin insan hüquqları sahəsində xarici siyasətinin səmərəliliyinin artırılmasıdır.


23:59 23.02.2015