KANAL24.AZ
Az Iw En Ru

Neymar: "Barcelona"ya gələndə Messinin oyununa heyran olmağa başladım"

"Barcelona"nın braziliyalı ulduzu Neymar kumirləri barədə danışıb. Goal.az xəbər verir ki, "sambaçı" komanda yoldaşı Messi barədə xoş sözlər də səsləndirib.

"Kumirim həmişə Robinyo olub. O, hələ də karyerasını davam etdirir. "Barcelona"ya gələndə Messinin oyununa heyran olmağa başladım. Lionel klubdakı ilk vaxtlarımda mənə çox kömək edib. Onun meydandakı hərəkətləri, həlledici məqamlarda soyuqqanlı olması çox xoşuma gəlir. Messinin oyunu məni valeh edir".


18:36 24.03.2017