KANAL24.AZ
Az Iw En Ru

Avropa da faşizmə boyun əydi

Hollandiya kimi Avropa Parlamenti də faşizmə boyun əydi.

Bu sözləri rejissor Sərdar Qaragöz deyib.

Onun sözlərinə görə, Türkiyənin məşhur qəzetlərindən olan “Deyli Sabah”ın Avropa Parlamentində qadağan olunması Avropa faşizminin bir daha sübutudur:

“Biz gördüyümüz işin sonuna kimi arxasındayıq. Amma AP-də qəzetimizin yayımının qarşısını alanlar sona kimi öz işlərinin arxasında dayanmağı bacarmırlar. Çünki əsaslı səbəbləri yoxdur.

Bu qadağa Avropanın əsl üzünü göstərmiş oldu. Artıq danışmaq növbəsi Türkiyəyə keçib. İndi biz danışacayıq, onlar dinləyəcəklər. İfadə azadlığını, demokratiyanı, insan hüquqlarını Avropa faşizmi qarşısında bizlər müdafiə edəcəyik”.
Qeyd edək ki, “Deyli Sabah”ın Avropa Parlamentində yayımına qadağa qoyulub.


18:20 24.03.2017