KANAL24.AZ
Az Iw En Ru

Moskvada Qalina Vişnevskayanın və Mstislav Rostropoviçin xatirə lövhəsi açılacaq

Martın 27-də Moskvada Qalina Vişnevskaya və Mstislav Rostropoviçin “Qazetnıy” döngəsində yaşamış olduqları evdə xatirə lövhəsinin açılış mərasimi keçiriləcək. Mərasimdən əvvəl kilsədə M.Rostropoviçin ruhuna dua oxunacaq.

 Bu barədə məlumat Mstislav Rostropoviç Fondunun rəsmi saytında yer alıb.

Xatirə lövhəsinin açılışından sonra M.Rostropoviçin məzarı ziyarət ediləcək. Axşam isə P.Çaykovski adına Moskva Konservatoriyasının böyük zalında VIII Beynəlxalq Mstislav Rostropoviç Festivalının açılış mərasimi keçiriləcək.


18:15 24.03.2017