KANAL24.AZ
Az Iw En Ru

Tokioda “Nikkey” indeksi 19.000 bənddən aşağı düşüb

Martın 23-də Tokio Fond Birjasında aparıcı “Nikkey“ indeksi bəzi məqamlarda 19.000 bənddən aşağı düşüb.

Nikkey” indeksinin həmin səviyyədən aşağı düşməsi son bir ayda ilk dəfə qeydə alınıb.

Səhmlərin hərracları ABŞ Prezidentinin vergi ödəmələrinin əhəmiyyətli dərəcədə azaldılması planına münasibətdə yaranan qeyri-müəyyənlik fonunda baş verib.

Sonradan özünü bərpa edən “Nikkey” indeksi günün sonunu 19.085 səviyyəsində başa vurub. Ötən günün göstəricisi ilə müqayisədə bu göstərici 43 bənd yuxarı olub.

Birja analitiklərinin bildirdiyinə görə, Tokio Valyuta Birjasında yenin məzənnəsinin dollara münasibətədə qalxması dayandıqdan sonra investorların qiyməti enən səhmləri alması “Nikkey” indeksinin qismən bərpasına səbəb olub.

Analitiklər həmçinin qeyd ediblər ki, investorlar D.Trampın iqtisadi siyasətinin reallaşmasını gözləyirlər. Bununla yanaşı, onların diqqəti “Obamacare” adı ilə tanınan “Xəstələrin müdafiəsi və mümkün tibbi yardım haqqında” qanunu əvəz edəcək tibbi xidmət barədə yeni qanunun nümyəndələr palatası tərəfindən necə qarşılanacağına yönəlib.


17:53 24.03.2017