KANAL24.AZ
Az Iw En Ru

Peyğəmbərimizi qocaldan surə

Məşhur hədislərin birində oxuyuruq ki, Peyğəmbər (s) buyurur: ""Hud" surəsi məni qocaltdı". İbni Abbas bu hədisin təfsirində yazır: "Peyğəmbər (s) üçün heç bir ayə bu ayə qədər çətin və kəskin olmamışdır. "Odur ki, sənə əmr olunduğu kimi (əqidəndə, əməllərində və dininin təbliğ edilib çatdırılmasında) sabitqədəm və möhkəm ol və həmçinin səninlə birgə (Allah dərgahına) üz tutan kəslər (də belə olsunlar). Və həddi aşmayın. Həqiqətən O, etdiklərinizi görür". ("Hud" 112).

Kanal24.az deyerler.org-a istinadən bildirir ki, bu ayədən başa düşmək olur ki, Peyğəmbərin (s) tərəfdaşlarının səbirsizliyi ona nə qədər əziyyət verirdi. (Tebyan)
Təfsirçilərdən biri nəql edir ki, alimlərdən biri Peyğəmbəri (s) yuxuda görür və Həzrətə (s) buyurduğu hədislə bağlı sual verir. Peyğəmbər (s) buyurubdur ki, "Hud" surəsi məni qocaltmışdır. Alim soruşur ki, bunun səbəbi keçmiş ümmətlərin həlak olmasıdırmı? Həzrət (s) cavab verir: "Xeyr. Səbəbi 112-ci ayədir".
Şübhəsiz ki, bu surənin Qiyamətdən xəbər verməsi və onun hadisələrini bəyan etməsi hər kəsi özünə diqqət etməyə cəlb edir. Həzrətin (s) məsuliyyəti daha çox olduğundan, onun haqqında düşünmək Peyğəmbəri (s) vaxtından tez qocaldır.


05:20 24.03.2017
Xəbər lenti
Bütün xəbərlər