"Celtic"in müdafiəçisi Mikael Lüstiq braziliyalı futbol ulduzu Neymarı tənqid edib.
İsveçli futbolçu onun simulyasiya etməyə meyilli olduğunu bildirib.
"Neymarın yıxılmasına həmişə yüngülcə toxunuş kifayət edir. O, futbolun ən böyük aktyorudur. "Barcelona" ilə oyun zamanı onunla konfliktim olmuşdu. O, məndən yaxşı oyunçudur. Buna görə nə etmək istədiyimi başa düşmək üçün fikirlərini oxumaq lazımdır".