KANAL24.AZ
Az Iw En Ru

İnsan Allah yolunda dost və düşmənçiliyini necə bilsin?

İmam Həsən Əsgəri (ə) cəddi barəsində nəql edərək buyurur: "Bir gün Peyğəmbər (s) səhabələrindən birinə buyurur: "Ey Allah bəndəsi! Allah yolunda sev və nifrətə malik ol, Allah üçün məhəbbət və düşmənçilik et. Allah Təalanın vilayətinə çatmazsan, məgər onunla". (Həvzəh)

Kanal24.az  deyerler.org-a istinadən bildirir ki, həmin şəxs Həzrətə (s) deyir: "Allah yolunda dostluq və düşmənçiliyimi necə bilim? Allahın vəlisi kimdir ki, (onu) sevim. Allahın düşməni kimdir ki, düşmən biləm?"
Peyğəmbər (s) İmam Əliyə (ə) işarə edərək buyurur: "Onu görürsən?".
Həmin şəxs deyir: "Bəli".
Həzrət (s) buyurur: "Bu, Allahın vəlisidir, ona görə də onu sev. Düşməni - Allahın düşmənidir, ona görə də onu düşmən bil. Dostunu sev, hətta əgər atanın və övladının qatili olsa belə. Düşmənini düşmən bil, baxmayaraq ki, atan və övladın olsa belə"".


02:54 24.03.2017