KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan Gürcüstana ixracatı 40 faizədək artırıb

2017-ci ilin yanvar-fevral aylarında Azərbaycan Gürcüstana 127,55 milyon dollar dəyərində məhsul ixrac edib.

Gürcüstan Milli Statistika Xidmətinə istinadən verdiyimiz məlumata görə, bu 2016-cı ilin ilk iki ayı ilə müqayisədə 38 faiz çoxdur.

Hesabata əsasən, Gürcüstana ixracat həyata keçirən ölkələr arasında ikinci yer tutan Azərbaycanın xüsusi çəkisi 12 faiz təşkil edir. 2016-cı ilin ilk iki ayı ərzində bu göstərici 9,9 faizə bərabər olub. Bu göstərici üzrə birinci yerdə 163,35 milyon dollarla (15,3 faiz) Türkiyə, üçüncü yerdə isə 103,6 milyon dollarla (9,7 faiz) Rusiya qərarlaşıb.

Hesabata əsasən, 2017-ci ilin yanvar-fevral aylarında Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsi 146,04 milyon dollar təşkil edib. Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsinin bu ölkənin xarici ticarətində xüsusi çəkisi 10,3 faiz təşkil edib.


19:02 23.03.2017