KANAL24.AZ
Az Iw En Ru

"UEFA prezidenti olacağım müddətdə Avropa Superliqası yaradılmayacaq"

UEFA prezidenti Aleksandr Çeferin Avropa klublarına münasibətdə ədalətli mexanizmlər tətbiq olunmağın vacibliyindən danışıb. sloveniyalı funksioner bunları deyib:

"Mən UEFA prezidenti olacağım müddətdə Avropa Superliqası yaradılmayacaq. Çempionlar Liqası var, bu turnir ləğv oluna bilməz.

Bir sıra komandalarda istedadlı futbolçuların həddən artıq toplanmasının qarşısını almaq üçün vergidə yeni mexanizmlər və ədalətli transfer qaydalarını nəzərdən keçirmək lazımdır. Transfer bazarının hazırda necə işlədiyini qiymətləndirmək lazımdır. İmkan verə bilmərik ki, bir klubun yüksəlişi digərlərini batırsın. Hər kəs zirvəyə can atsa, klublar arasındakı fərq qeyri-stabil olacaq. Cari vəziyyəti və bəzi potensial tendensiyaları başa düşmək lazımdır. UEFA tək elitanı yox, bütün futbolu qorumalıdır. "Böyük belşik" ölkələrinin ümumi gəlirin 86%-ə sahib olduğunu görməməzlikən gəlmək olmaz".

 

 


18:51 23.03.2017
Xəbər lenti
Bütün xəbərlər