KANAL24.AZ
Az Iw En Ru

“Ölkəmizi tanıyaq” tur-aksiyası gənclərə dövlət qayğısının təzahürüdür

Martın 23-də “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil edilən tur-aksiyanın Biləsuvar rayonundan olan iştirakçıları - rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri və onları müşayiət edən müəllimlər Quba-Qusar-Xaçmaz marşrutu istiqamətində yola düşüblər.

Yolasalma mərasimində rayon rəhbərliyi, müəllimlər və valideynlər iştirak ediblər.

Tur-aksiyanın iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi rəhbərin xatirəsini anıblar.

Qrupun rəhbəri, rayon icra hakimiyyətinin əməkdaşı Ləman Yüzbaşova bildirib ki, “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası gənclərə dövlət qayğısının təzahürüdür. Buna görə dövlətimizin başçısına minnətdarlığımızı bildiririk. Maarifləndirici tur-aksiya təkcə regionlarla tanışlıq məqsədi daşımır. Səfər zamanı şagirdlər maraqlı tədbirlərdə iştirak etmək imkanı da əldə edəcəklər.

Sonra biləsuvarlı məktəblilər xüsusi avtobusla yola salınıblar.(azertac)

 

 


18:18 23.03.2017