KANAL24.AZ
Az Iw En Ru

Mançini: "Mənə görə Balotelli xüsusi futbolçudur"

"İnter"in sabiq baş məşqçisi Roberto Mançini Mario Balotelliyə münasibəti barədə danışıb. İtalyan mütəxəsis bunları deyib:

"Balotelli texnikalı futbolçudur. O, potensialının dünya səviyyəsinə çıxmağa imkan verdiyini başa düşməlidir. Mario maraqlı insandır. Həm yaxşı, həm də pis mənada. Şəxsən mənə görə, xüsusi oyunçudur. Meydandan kənarda etdikləri ilə də bu imici qazanıb. Ona böyük hörmətim var. "Manchester City"yə gələndə dedim ki, onu transfer etmək lazımdır. Yeni çempionatda adaptasiya üçün Balotellinin vaxta ehtiyacı vardı. Eyn i zamanda bir bir insanlar onu təxribata çəkirdilər. KİV-lər onun ətrafında bütöv bir kult yaratmışdılar. Sanki hər kəs onun barəsində öz fikrini demək istəyirdi. Bəzən bu diqqət insanı bezdirir".


18:10 23.03.2017
Xəbər lenti
Bütün xəbərlər