KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanın qonşuluğunda böyük müharibə: sərhədlər dəyişəcək - 2017-Cİ İLDƏ BİZİ NƏ GÖZLƏYİR?

Publika.az öncəgörmə qabiliyyətinə məxsus olan məhşur kahinlərin 2017-ci il üçün dediklərini təqdim edir.

Nostradamus: XVI əsrdə yaşamış münəccimin öncəgörmələrinə görə, 2017-ci ildə İran və Türkiyə arasında müharibə olacaq. Bu müharibədə iranlılar qalib gələcək. Münəccimin fikrincə, 2017-ci ildə xaçpərəstlərlə müsəlmanlar arasında da müharibələr davam edəcək.

Qeyd: Nostradamusun İran və Türkiyənin müharibəyə başlayacağı haqda fikirləri hazırki siyasi gündəmlə uzlaşır. Belə ki, bu iki ölkə Suriyada qarşıdurma vəziyyətindədir. İran Bəşər Əsəd rejimini dəstəkləyir, Türkiyə isə müxalifləri. Hələbdən təxliyə prosesində də Ankara və Tehran bir-birinə qarşı sərt ritorikadan istifadə etdi. Çünki Türkiyənin bağladığı atəşkəs məhz İranın dəstəyi ilə Əsəd tərəfindən pozuldu. Daha sonra Rusiyanın müdaxiləsi ilə Hələbdə atəş altında qalan mülki əhali və silahlı müxaliflərin təxliyəsi başlandı. Təxliyəni həyata keçirən maşın karvanlarına hücum da məhz İranın Suriyadakı qüvvələri və Əsəd ordusu tərəfindən edildi. Rusiyanın xəbərdarlığından sonra onları dayandırmaq mümkün oldu.

Türkiyə və İranın digər qarşıdurma məkanı İraqdır. Bu, Mosul əməliyyatında açıq şəkildə ortaya çıxdı. İran Haşdi-Şabi şiə qruplarını dəstəkləyir, Türkiyə isə Haşdi Vətən sünni qrupunu. İki ölkə faktiki olaraq üz-üzədir. Lakin Nostradamusun dediyi kimi, İran və Türkiyə arasında açıq müharibənin olub-olmayacağını indidən demək çətindir.

Merkel və Olland taxtdan düşəcəklər

Nostradamusa görə, 2017-ci ildə Fransa və Almaniyada liderlər dəyişəcək.

Qeyd: 2017-ci ildə bu iki ölkədə həqiqətən də seçkilər olacaq. Və hər iki ölkə liderinin rəqibi radikal sağçılardır. Fransada artıq ana müxalifət olan mərkəz sağ Respublikaçılar Partiyası Fransua Fiyonu namizəd olaraq irəli sürüb. Ulta-sağçı “Milli Cəbhə” Partiyası isə Marin Le Penin namizədliyi ilə seçkilərə gedəcək. Hazırda prezident olan Fransua Ollandın zəif siyasətçi olması və ölkəyə rəhbərliyi dövründə buraxdığı səhvlər onun rəqiblərinin seçkidən qalib çıxacağını deməyə əsas verir.



Fransada prezident seçkilərinin ilk turu 2017-ci ilin 23 aprelində keçiriləcək.

Almaniyada da vəziyyət təxminən eynidir. İnsanların artıq bezdiyi Angela Merkel dördüncü dəfə namizədliyini irəli sürəcəyini açıqlayıb. Lakin ölkədəki problemlər, xüsusilə miqrant məsələsi onun nüfuzuna ciddi zərbə vurub. Almanlar ən çox miqrant problemindən narahatdırlar. Bu baxımdan, miqrant problemini həll etməyi prioritet elan edən ifrat sağçı “Almaniya üçün alernativlər” Partiyasının reytinqi artır. Federal seçkilər gələn ilin payızında baş tutacaq.

Nostradamus Fransa üçün daha bir proqnoz verir. Onun öncəgörməsinə görə, Fransda su resurslarının çatışmazlığı problemi yaranacaq, əhalinin içməli su tapması çətinləşəcək.

***

Vanqa: Ötən əsrdə yaşamış bolqar kahin 2017-ci ildə yeni müharibədən xəbər verir və qeyd edir ki, bu müharibənin mərkəzində Rusiya olacaq. Lakin böyük müharibədən əvvəl Rusiyada hakimiyyət mübarizəsi baş verəcək. Zaman keçdikcə, bu mübarizə qida uğrunda aparılacaq. Çünki Vanqaya görə, gələn il Rusiyada aclıq dövrü başlanacaq.

 

İnsanlar ədalət və qanunun nə olduğunu unudacaq, bərabər olmayan mübarizədə güclü olan qalib gələcək” – Vanqa belə deyir.

Lakin bolqar kahin güclü şəxsiyyətlərin Rusiyanın ayaq üstə qalxmasına kömək edəcəyini bildirir.

Ümumilikdə Vanqa 2017-ci il üçün bədbin proqnozlar verir. Xüsusilə Rusiya üçün qanlı il olacaq. Kahinə görə, son nəticədə Rusiya dünya hegomonluğuna nail olacaq.

Onun öncəgörmələrində, 2017-ci ilin Rusiya üçün kardinal dəyişiklik ili olacağı qeyd olunur. Rusiya dünyadakı bütün slavyanları birləşdirəcək. Bir çox ölkəyə, o cümlədən Amerikaya kömək edəcək. Lakin onu da qeyd edir ki, 2017-ci ildə böhran Rusiyadan yan keçməyəcək. Hakimiyyətə gəlincə, Vanqa “Vladimir ölkəyə rəhbərlik edəcək” deyə bildirib.

Vanqa, həmçinin, 2017-ci ildə dini müharibələrin baş verəcəyindən və bir neçə il davam edəcəyindən xəbər verir.

Digər öncəgörmələrində, “Avropa həlak olacaq, çoxsaylı müharibələrdə insanlar müxtəlif ölkələrin sərhədlərinə öləcəklər” ifadələrini işlədir.
Vanqa danışırdı ki, 2017-ci ildə Suriya ümumiyyətlə, boşalacaq.

“Üçüncü dünya müharibəsinin başlanğıcı Avropada olacaq. Çünki çox ölkə Yaxın Şərq münaqişəsindən zərər çəkəcək. Avropalılar müsəlmanlarla vuruşmağa başlayacaqlar. Mübarizədə nüvə silahı istifadə ediləcək”, - Vanqa deyirdi.


15:14 23.03.2017