KANAL24.AZ
Az Iw En Ru

Tarixdə bu gün

1876-cı il. Məşhur ictimai-siyasi xadim, şair Ziya Gökalpın doğum günü (1876-1924). “Türkləşmək, İslamlaşmaq və Müasirləşmək” nəzəriyyəsinin inkişafında Ziya Göyalpın misilsiz xidmətləri olub.

1876-cı il. Rusiyalı elektrotexnik, hərbi mühəndis Pavel Yablockov ixtira etdiyi “elektrik şamı”nı patentləşdirib. Fransada patentləşdirilən bu icad ilk elektrik mənbəyi kimi tanınır.

1919-cu il. Benito Mussolini Milanda faşizm siyasi hərəkatının əsasını qoyub

1956-cı il. Pakistan dünyada ilk İslam respublikası olub.

1992-ci il. Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında diplomatik əlaqələr qurulub.

1999-cu il. Azərbaycan Respublikası ilə Salvador arasında diplomatik əlaqələrin əsası qoyulub.


15:07 23.03.2017
Xəbər lenti
Bütün xəbərlər