KANAL24.AZ
Az Iw En Ru

Sarkisyan erməniləri təslimə hazırlayır

Ermənistan prezidenti 20 illik mövqeyini dəyişib

Ermənistan prezidenti Serj Sarkisyan öz komandasına əmr verib ki, istənilən yolla  rəqibi  Levon Ter-Petrosyanın partiyasının parlamentə daxil olmasını təmin eləsinlər.

İstiPress-in məlumatına görə, İrəvanda nəşr olunan Joxovurd” qəzeti yazır ki, Levon Ter-Petrosyanın rəhbərlik etdiyi “Konqerss  - Ermənistan Xalq Partiyası” blokuna hətta parlamentdə üçüncü yer vermək nəzərdə tutulur.

“Aparılan sosioloji sorğulara görə, “Konqerss - Ermənistan Xalq Partiyası” bloku hətta Milli Məclisə daxil olmaq üçün minimal baryeri keçə bilməyəcək”,- deyə bildirən “Joxovurd” vurğulayıb ki, hakimiyyət yerlərdə öz adamlarına tapşırıb ki, səsləri Levon Ter-Petrosyanın komandasına hədiyyə etsinlər.

“Təsadüfi deyil ki, Levon Ter-Petrosyan 1998-ci ildən bu yana ilk dəfədir ki, Ermənistan İctimai Televiziyasının efirinə dəvət edilib və xüsusi siyasi reklam çərçivəsində öz blokunun seçki proqramının əsas maddəsini - sülh düsturunu təqdim edib ki, bu, demək olar ki, qalan siyasi qüvvələr üçün qəbul edilməzdir”,- deyə “Joxovurd” vurğulayır. 

Əslində, qəzet bununla ona işarə edir ki, Sarkisyan Qarabağ məsələsində tutduğu barışmaz mövqedən geri çəkilməyə hazırlaşır və Ermənistan ictimaiyyətini işğal edilmiş bir neçə rayonu Azərbaycana geri qaytarmağa hazırlaşdırmaq istəyir. Ter-Petrosyan da Ermənistan İctimai Televiziyasının efirində torpaqların geri qaytarılmasının qaçılmaz olduğunu vurğulayıb.

Qarabağı qaytarmaq istəyən erməni prezident

Azərbaycanla Dağlıq Qarabağ münaqişəsinin Madrid prinsipləri əsasında həllinin vacibliyini vurğulayan Ter-Petrosyan bildirib:

“Heç kim bu prinsiplərin əleyhinə deyil. Prinsiplər isə bunlardır - ərazilərin geri qaytarılması, güc tətbiq edilməməsi və bu barədə təhdidlər edilməməsi, Qarabağın öz müqəddəratını təyin etmək hüququnun müəyyən edilməsi. Danışıqlar ona görə aparılır ki, tərəflər imkan daxilində  özləri üçün ən əlverişli həlli tapa bilsinlər. Əvvəllər fikir ayrılığı çox idi, indi isə bir-iki məsələ qalıb”.

Göründüyü kimi, Ter-Petrosyan həm də Azərbaycanla danışıqların davam etdirilməsinin tərəfdarıdır. Aprel döyüşlərindən sonra Ermənistanın əksər siyasi qüvvələri danışıqları dayandırmağı tələb edirdi. Sarksiyan isə bunun əksini istəyir, amma özü bunu birbaşa ifadə edə bilmədiyindən Ter-Petrosyana dedirtmək istəyir. Yəni gələcəkdə danışıqlara və barışığa Ter-Petrosyanın tələbi ilə getdiyini deyəcək.


05:58 23.03.2017
Xəbər lenti
Bütün xəbərlər