KANAL24.AZ
Az Iw En Ru

Millinin üzvü "Çelsi" ilə razılığa gəlib

"Monako"nun yarımmüdafiəçisi Tiemue Bakayoko karyerasını İngiltərədə davam etdirə bilər.

Kanal24.az  goal.az-a istinadən xəbər verir ki, onunla "Çelsi" maraqlanır. İngiltərə mətbuatının yazdığına görə "zadəganlar" gənc futbolçu ilə prinsip anlaşması əldə edib. Antonio Kontenin 3-4-3 taktiki sxemində Nqolo Kantenin yanında Matiçin əvəzində daha dinamik Bakayokonu sınaqdan keçirmək istədiyi deyilirdi. "Renn" klubunun yetirməsi olan 22 yaşlı havbek 2014-cü ildə 8 milyon avroya "Monako"ya keçmişdi. 


05:47 23.03.2017