KANAL24.AZ
Az Iw En Ru

İŞİD-in 180-dən çox lideri öldürüldü

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Suriya və İraqda İŞİD terror təşkilatının 180-dən çox rəhbərini zərərsizləşdirib.

Koalisiya aviasiyası İŞİD-in mövqelərinə 19 mindən çox zərbə endirib. Nəticədə onminlərlə yaraqlı, o cümlədən 180-dən çox yüksək və orta vəzifəli qruplaşma lideri zərərsizləşdirilib. Onların arasında İŞİD lideri Əbubəkr əl-Bağdadinin demək olar ki, bütün müavinləri, qruplaşmanın qondarma informasiya, neft və qaz, maliyyə və hərbi nazirləri, həmçinin xarici kəşfiyyat rəhbəri də var. 


05:05 23.03.2017
Xəbər lenti
Bütün xəbərlər